Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - SİYAHI

14:45 02.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanları açıqlayıb.

 

Hafta.az QMİ-yə istinadən xəbər verir ki, 2022-ci il avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları təqdim edir:

 

Bakı şəhəri üzrə:

 

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

 

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

 

Nizami rayonu Şah Abbas” məscidi

 

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

 

Suraxanı rayonu Qaraçuxur məscidi

 

Yasamal rayonu “Təzə Pir” məscidi

 

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt,

 

Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

 

Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcəkdir.